Ərəbistan səfiri Braziliyadan deportasiya edilib

Braziliya Səudiyyə Ərəbistanının Yəməndəki müharibə və törətdiyi cinayətlərinə etiraz məqsədi ilə Ərəbistanının səfirini deportasiya edib.
 
Maide.az xəbər verir ki, Yəmənin "Əl-ittihad Press" saytının məlumatına görə, Braziliya Səudiyyə Ərəbistanının səfiri Huşam Əl-Gahtaniyi ölkədən dünən çıxarıb və öz səfirini də geri çağırıb.
 
Xəbər mənbələri dünən verdikləri xəbərlərdə həmçinin Meksika, Nikaraqua və Qvatemalanın da Səudiyyə Ərəbistanı səfirlərini ölkədən deportasiya etdikləri və öz səfirlərini də Ər-Riyaddan geri çağırdıqlarını bildiriblər.

Google+ WhatsApp ok.ru