Ərəbistanda hər 48 saatda bir nəfər edamedilir

“Beynəlxalq Amnistiya” Təşkilatı bildirib ki, hər iki gündən bir Səudiyyə Ərəbistanında bir nəfər edam edilir.
 
Maide.az-ın məlumatına görə, Ərəbistan rejimi cari ilin əvvəlindən indiyədək 151 nəfəri edam edib ki bu hesabla, hər iki gündən bir, Ərəbistanda bir nəfər edam edilib.
 
Məlumata görə, 2015-ci ildə edam olunan şəxslərin təxminən yarısı xarici vətəndaşlardır. Bununla da, cari ildə Səudiyyə Ərəbistanında 71 xarici vətəndaş edam edilib.
 
Bu, 1995-ci ildən indiyədək Səudiyyə Ərəbistanında edam olunan şəxslərin sayı ilə bağlı ən yüksək rəqəm hesab olunur.
 
Qeyd edək ki, son illər ərzində Səudiyyə Ərəbistanında edamların sayı bir çox hallarda 90 nəfərdən artıqdır.
 
“Amnesty İnternational” daha sonra qeyd edib ki, bütün əlamətlər onu göstərir ki, rəsmi əl-Riyad hələ də edam hökmlərinin icrasına davam etməkdədir.
 
Bu beynəlxalq təşkilat həmçinin vurğulayıb ki, Ərəbistanda çalışan xarici fəhlələr ərəb dilini bilmədiklərinə, Səudiyyə Ərəbistanı məhkəmələrində özlərini müdafiə edə bilmədiklərinə və eləcə də tərcüməçisi olmadığı səbəbindən başqaları ilə müqayisədə daha çox diskriminasiyaya məruz qalırlar./ 

Google+ WhatsApp ok.ru