`Ərbəin` radiosu fəaliyyətə başladı

İmam Hüseyn(ə) Ərbəini ərəfəsində bu böyük mərasimin  əzəmətini işıqlandırmaq, Ərbəin mərasimi haqqında xəbərlər və məlumatların çatdırılması məqsədi ilə "Ərbəin" radiosu fəaliyyətə başlayıb.
Maide.az xəbər verir ki,  İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri Məhəmməd Sərəfrazın iştirakı ilə bu gün (şənbə günü) "Ərbəin" radiosunun rəsmi açılışı keçirilib.
Açıqlış mərasimində çıxış edən M.Sərəfraz deyib ki, Ərbəin radiosu xəbər və informasiya çatdırma üzrə özəl bir missiyaya malikdir. "Müəyyən bir dövr və müəyyən bir auditoriya üçün nəzərdə tutulan bu radionun istifadəyə verilməsində məqsədin həm informasiya çatdırmaq həm də "Ərbəin" mərasimində iştirak edənlərə yardım etməkdir".
 O deyib ki, "Ərbəin" radiosu Hüseyn(ə) Ərbəini mərasimi ilə bağlı informasiyaların işıqlandırılması məqsədilə yaradılıb və məlum bir zaman çərçiəvində müvəqqəti fəaliyyət göstərəcək. 
Qarşıdan gələn dekabr ayının 2-si və səfər ayının 20-si şiələrin 3-cü imamı həzrət Hüseyn(ə)-ın Ərbəini günüdür. /
 

Google+ WhatsApp ok.ru