“Human Rights Watch” Təşkilatı Bəhreyndə müxaliflərə işgəncə verilməsini tənqid edib

“Human Rights Watch” Təşkilatı dünən yaydığı hesabatda, Bəhreyn rejiminin qeyri-insani əməllərini, o cümlədən məhbuslar və müxalifət nümayəndələrinə qarşı işkəncə və pis rəftar edilməsini pisləyib.
 
Maide.az xəbər verir ki, 84 səhifəlik bu hesabat “Rejimlə əməkdaşlıq etməyən xalqın qanı; Bəhreyndə həbs olunanlara işkəncə verilməsi və pis rəftarlar” başlığı ilə dərc olunub.
 
Hesabatda məhbuslara daha işkəncə verilməməsinə dair Bəhreyn rəsmilərinin iddiaları rədd edilərək vuröulanır ki, bütün faktlar onu göstərir ki həbs edilənlərin vəhşi üsullarla dindirilməsi hələ də davam edir.
 
“Human Rights Watch” Təşkilatı həmçinin bildirib: Bəhreyn hökümətinin bu tip əməlləri “İşkəncələrə və digər amansız, qeyri-insani və təhqiramiz rəftar və cəzalandırma üsullarına” dair Konvensiya və digər beynəlxalq sazişlərə əsasən bu rejim tərəfinddən həmin Konvensiyaların şərtlərinin pozulması deməkdir və Bəhreyn Konstitusiyasında işkəncənin qadağan olması maddəsinə də ziddir./

Google+ WhatsApp ok.ru