Əyad Mədəni: Müsəlman turistlər Qüdsə səyahət etsinlər

 İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əyad Mədəni deyib:Müsəlmanların Qüdsə səfərlərinin artması bu şəhəri müdafiə etməyə, onun əhalisinin gücləndirilməsi və onların İslam dünyasından və Beynəlxalq birlikdən istəkləri və yaşadıqları iztirablarla tanış olmağa səbəb olacaq.
Maide.az xəbər verir ki, Əyad Mədəninin müraciəti onun tərəfindən Türkiyənin İstanbul şəhərində keçirilən “Qüdsün turizm imkanlarının kəşf edilməsi” adlı iki günlük konfransda oxunub.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi həmçinin qeyd edib: Qüdsə səfər etmək İordaniya və Fələstinlə İordaniyanın turizm şirkətləri vasitəsilə həyata keçirilməlidir.
“Qüdsdə İslam turizm imkanlarının kəşf edilməsi” adlı iki günlük konfrans 24-25 noyabrda İslam ölkələri Statistika, iqtisadi və sosial tədqiqatlar Mərkəzinin təşkilatçılığı və Fələstinin Turizm və Qədim Abidələr Nazirliyinin dəstəyi ilə İstanbulda keçirilib.
Konfransda, Qüdsdə bu şəhərin və onun müqəddəs məkanlarının qorunması üçün turizm imkanlarının genişlənməsi yolları araşdırılıb.
Tezliklə İslam ölkələrinin Turizm nazirlərinin IX iclası isə Nigerdə keçiriləcək./
 

Google+ WhatsApp ok.ru