“Sərhədsiz reportyorlar”: Rauf Mirqədirova bəraət verilməlidir 22 Dekabr 2015 02:00 Dünya Azərbaycan məhkəməsi, nəhayət, müstəqil jurnalist Rauf Mirqədirovun azad edilməsi barədə qərar çıxarmalıdır. O 2014-cü ilin aprelində dövlətə xəyanət kimi uydurma ittiham ilə həbs olunub. Dekabrın 16-da prokuror onun 7 il azadlıqdan məhrum edilməsini istəyib. “Xədicə İsmayılova, Hilal Məmmədov və bir çoxlarının məhkəməsində olduğu kimi, R.Mirqədirovun məhkəməsinin də ədalət mühakiməsinə aidiyyatı yoxdur”, - “Sərhədsiz reportyorlar”ın bəyanatında belə deyilir. “Biz hakimiyyəti bu təqiblərə son qoymağa və Rauf Mirqədirovu azad etməyə çağırırıq. Belə ki, 18 aylıq həbs müddətində onun səhhəti pisləşib”, - sənəddə qeyd olunur.Turan İA / Teqlər : #Sərhədsiz reportyorlar: Rauf Mirqədirova bəraət verilməlidir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru UNİCEF: Boko Haram bir milyon uşağı təhsildən məhrum edib Amerika müsəlmanları terrorizmi pislədiklərini belə elan etdilər -FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO