“Zika” virusu Avropada da peyda oldu

Avropada ilk dəfə “Zika” virusuna yoluxma halı aşkar edilib.
 
İspaniyada hamilə qadın bu simptomla xəstəxanaya götürülüb.
 
Səhiyyə Nazirliyinin fevralın 4-də yaydığı məlumata görə, qadın bu yaxınlarda Kolumbiyadan dönüb.
 
Qeyd edək ki Şimali və Cənubi Amerikada peyda olan bu virus , əsasən ağzaqanatlar tərəfindən keçir.
 
Amma ABŞ-da bu virusun ilk dəfə cinsi əlaqədən də keçdiyi bildirilir.
 
Beynəlxalq Səhiyyə Təşkilatı virusun qlobal problem olduğunu bildirib.
 
Təşkilatın məlumatına görə “Zika” virusu dünyada 4 milyon insana yayıla bilər.
 
Hələlik bu vuruşa qarşı peyvənd və ya müalicəsi yoxdur.
 
Virus 26 Cənubi və Şimali Amerika ölkəsində peyda olub.
 
Braziliyalı alimlər hazırda vaksin üzərində işləyirlər və 1 ilə sınaqdan keçirilə bilər.azadliq.org /

Google+ WhatsApp ok.ru