​İmam Rza (ə) məqbərəsinə yeni müdir təyin edilib

Maide.az "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Rzanın (ə) məqbərəsinə höccətülislam Seyid İbrahim Rəisi-əl Sadatı müdir təyin edib.
 
O,ölkənin baş prokuroru, məhkəmə hakimiyyəti sədrinin keçmiş birinci müavini  və Dini Ekspertlər Şurası Məclisinin üzvü, Ayətullah Xameneinin Xorasan əyaləti üzrə səlahiyyətli nümayəndəsidir.
 
Ondan əvvəl bu vəzifəni ayətullah Abbas Vaezi-Təbəsi tuturdu. Ayətullah Abbas Vaezi-Təbəsi bu il martın 4-də 81 yaşında Xorasanın Məşhəd şəhərində vəfat edib.
 
 
 
 

Google+ WhatsApp ok.ru