Əsəddən ŞOK açıqlama

Əsəddən ŞOK açıqlama

Suriya prezidenti Bəşər Əsəd, Hələb şəhərinin şərq hissələrini əlində saxlayan müxalif qüvvələrə  silahlarını buraxmaları şərtilə şəhəri ailələri ilə birlikdə sərbəst şəkildə tərk etmələrinə icazə veriləcəyini deyib.
 
Maide.Az  beynəlxalq KİV-lərə istinadən yazır ki, Bəşər Əsəd, Danimarkanın "Tv2" telekanalında sualları cavablandırıb.
 
Tv2 müxbirinin "Hələbin şərq hissəsindəki vətəndaşların və üsyançıların şəhəri tərk etməsini istəyirsiniz. Siz müxalif qrupların əllərində olduğu ərazini tərk etmələri halında, təhlükəsizliklərini zəmanət verirsinizmi? - sualına Əsəd belə cavab verib:
  "Əlbəttə, bizim bir neçə gün əvvəl də iki ay əvvəl də təklif etdiyimiz elə bu idi. Çünki vətəndaşlarımızın terrorçuların olduğu ərazilərdən uzaqlaşmasını istəyirik. Bölgəni tərk etmələrinə icazə veriləcək. Mülki vətəndaşları qorumaq üçün terrorçuların sərbəst olduqları yerləri tərk etmələrinə icazə verdik. Bu, Suriyanın müxtəlif yerlərində bir neçə dəfə baş verib. Biz daha çox qan tökülməsini istəmirik. Bu mülki vətəndaşları qorumaq üçün istifadə etdiyimiz yollardan, üsullardan biridir. Təbii ki, buna riayət etməsələr, bölgəyə hücum edəcəyik. Əlbəttə, bunun ən yaxşı yolu terrorçuların ölkəni tərk etməsidir."
 

Google+ WhatsApp ok.ru