Əl-Cəzirənin Suriya ordusunun qurbanı göstərdiyi qızın qrim fotoları yayıldı - FOTO

Əl-Cəzirənin Suriya ordusunun qurbanı göstərdiyi qızın qrim fotoları yayıldı - FOTO

Bir neçə gün öncə Qətərin "Al Jazeera" telekanalında göstərilən və guya Suriya hökumət qüvvələrinin fəaliyyəti nəticəsində "yaralanan" qız, əslində qrimçilərlə "şikəst" edilibmiş. İRİNN telekanalı bununla bağlı videomaterial təqdim edib.
 
Telekanalın xəbər saytında "Əl-Cəzirə" qrimçilərinin işini göstərən fotolar təqdim edib. Kadrlardan görünür ki, bu işin mütəxəssisləri qızın üzünə qorxu filmlərinin çəkilişi zamanı istifadə olunan "ölüm qrimi" çəkirlər. 
 
Nəticədə "qəhrəmanın" üzünün sol hissəsində dəhşətli "qanlı yara" görünür. 
 
Qız bu vəziyyətdə bir neçə gün öncə "Suriya Ordusunun Qurbanı" kimi təqdim olunubmuş.
 
Telekanalın bildirdiyinə görə, bu bir daha Qətərin terrorçuları dəstəklədiyinin sübutu ola bilər.
 
Xatırladaq ki, bundan əvvəl də Qətərin "Əl-Cəzirə" kanalı "Suriya Ordusunun xəstəxananı bombalaması" barədə kadrlar hazırlamışdı. Lakin videoda maraqlı bir kadr izləyənlərin gözündən yayınmamışdı. Belə ki, divara söykənərək gülümsəyən bir adam, çəkilişləri gördükdən sonra, qarnını tutaraq üz gözünü "ağrıdan" turşudur. (faktxeber) /
 
 
 

Google+ WhatsApp ok.ru