Əfqanıstan və Pakistanda qar uçqunu nəticəsində 130 nəfər həlak olub

Əfqanıstan və Pakistanda qar uçqunu nəticəsində 130 nəfər həlak olub

Son bir neçə gündür Əfqanıstanın 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.  
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb. Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib. Onlarla insan yaralanıb. 
 
Əfqanıstan hökuməti hava şəraiti ilə bağlı bir günlük tətil elan edib. 
 
Qar Əfqanıstanın ardınca Pakistanda da problem yaradıb. 
 
Pakistanın Çitral dairəsində qar uçqunu baş verib. Qar uçqunu nəticəsində 30-dan çox insan həyatını itirib. 
 
Polislərin məlumatına əsasən, təhlükəsizlik xidmətinin 7 əməkdaşı Əfqanıstan-Pakistan sərhədinin yaxınlığındakı NBM-də qar uçqunu nəticəsində xəsarət alıb.
 
 

Google+ WhatsApp ok.ru