“İranAir” ilə ATR arasında təyyarələrin alınmasına dair müqavilə imzalanıb 13 Aprel 2017 01:00 Dünya Tehranda “İranAir” aviaşirkəti ilə ATR (Fransa-İtaliya) şirkəti arasında 20 təyyarənin alınmasına dair müqavilə imzalanıb. APA-nın Tehran bürosunun məlumatına görə, alınacaq təyyarələr 70 nəfərlikdir. 1500-1600 kilometr məsafəyə uçan təyyarələr 2018-ci ilin sonunadək İrana təhvil veriləcək. Müqavilədə qeyd olunub ki, tərəflər razı olsa, əlavə 20 təyyarə sifariş edilə bilər. Gələn ay ilk 4 təyyarə artıq İranın ixtiyarında olacaq. Tərəflər həmçinin İranda ATR təyyarələrinin texniki avadanlığı və proqram təminatının istehsalı ilə bağlı razılıq əldə edib. Qeyd edək ki, İranla təyyarə istehsalçıları arasında imzalanmış müqavilələrə əsasən “İranAir” aviaşirkətinə 200 təyyarə (100 ədəd “Airbus”, 80 ədəd “Boeing” və 20 ATR) satılacaq. / Teqlər : #İranAir ilə ATR arasında təyyarələrin alınmasına dair müqavilə imzalanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın Şimali Koreya ilə bağlı planları mətbuata sızdı Həbs edilən müxalif lider infarkt keçirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO