“İmam Xomeyni (rə) ensiklopediyası” nəşr olunacaq

“İmam Xomeyni (rə) ensiklopediyası” nəşr olunacaq

“İmam Xomeyni (rə) ensiklopediyası” nəşr olunacaq. Bunu İmam Xomeyninin (rə) əsərlərinin tənzimlənməsi və nəşri müəssisənin sədr müavini  Əli Komsari  deyib. 
 
Maide.Az xəbər verir ki,  Ə.Komsari deyib ki, ensiklopediyada İmam Xomeyninin həyatı,  mübarizəsi və  əsərləri yer alacaq. 
 
Ə.Komsari deyib ki, həmçinin İmam Xomeyni adına kitabxana və muzeyin binası da tikilməkdədir ki, ilin sonunadək bu layihənin birinci fazası istifadəyə veriləcək. 
 
Kitabxana və muzey İmam Xomeynin (rə) hərəminin yaxınlığında 15 min kvadrat metr ərazidə tikilir. 
 
O əlavə edib ki,  Nəcəfdə İmam Əlinin (ə) hərəminin yaxınlığında İmam Xomeyni (rə) adına dini elmlər mərkəzi təsis olunacaq.  
 

 

Google+ WhatsApp ok.ru