“Nike” şirkətinin hicab geyimi ilin ən yaxşı ixtiralar siyahısına daxil olub 20 Noyabr 2017 02:00 Dünya -- Amerikanın `Time` jurnalı ilin 25 ən yaxşı ixtirası siyahısında .. Amerikanın "Time" jurnalı ilin 25 ən yaxşı ixtirası ilə bağlı siyahını açıqlayıb. Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki, jurnalın Top-2017 siyahısında İdman geyim və aksessuarları istehsalçısı olan məşhur “Nike” şirkətinin hicablı idman geyimi də yer alıb. Qeyd edək ki, “Nike” şirkəti idmanla məşğul olan müsəlman xanımlar üçün xüsusi baş örtükləri hazırlayıb. Hicab yüngül, hava keçirən və sürüşməyən elastik materialdan hazırlanıb. O, qara, boz və obsidian olmaqla 3 rəngdə satışa buraxılacaq. Xatırladaq ki, hicabın işlənilməsinə ötən il start verilib. Onun işlənib hazırlanmasında və sınaqdan keçirilməsində tanınmış idmançı hicablı xanımlar iştirak edib. Onların sırasında idmanın müxtəlif sahələrində “ilk hicablılar” olan Əmnə- Əl Həddəd, Sara Əttar, Ruqəyyə Əl-Ğəsra və digərlər var. Onlardan bəziləri artıq sosial şəbəkələrdəki səhifələrində “Nike”dan olan hicabları ilə fotolarını paylaşıblar. Teqlər : #Nike şirkətinin hicab geyimi ilin ən yaxşı ixtiralar siyahısına daxil olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ konqresi qarşısında aksiya keçirilib Almaniya: koalisiya hökuməti qurmaq üçün danışıqlar dağılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO