Ərəb Parlamentlər Birliyi ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımasını reaksiya 06 Dekabr 2017 02:00 Fələstin -- etibarsız və qeyri-qanuni addımdır Ərəb Parlamentlər Birliyi ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanıması və eləcədə ABŞ səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsinə dair cəhdlərinə etiraz edərək onu etibarsız və qeyri-qanuni adlandırıb. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər veri rki, Ərəb Parlamentlər Birliyinin İcra Komitəsinin Mərakeşin Rabat şəhərində keçirilən iclasından sonra verilən bəyanatda bildirilir ki, ABŞ-ın Qüdsün işğalçı İsrail dövlətinin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi qərarı etibarsızdır və qeyri-qanunidir. “Bu təşəbbüs beynəlxalq hüquqa zidddir və Fələstin xalqının hüquqlarını pozaraq sülhün mümkünlüyünü tamamilə aradan qaldırır" Ərəb Parlamentlər Birliyi ABŞ-ın bu planının tamamilə əleyihinə olduğunu vurğulayıb və qeyd edib ki, bu addım Qüdsün hüquqi, siyasi və tarixi durumunu baltalayır. Qeyd edək ki, ABŞ prezidenti D.Tramp bu gün Qüdslə bağlı qərarını açıqlayacaq. Teqlər : #Ərəb Parlamentlər Birliyi ABŞın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımasını reaksiya , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Raid Salah 108 gündür ki, həbsdədir Fələstinli müqavimət qrupları xalqı meydanlara səslədi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar