Ərəbistan zindanında tanınmış din xadimi işgəncə ilə öldürüldü 17 Avqust 2018 01:00 Dünya Səudiyyə Ərəbistanının tanınmış din xadimlərindən olan Şeyx Süleyman Duiş saxlanıldığı həbsxanada şiddətli işgəncələrə məruz qaldığı üçün dünyasını dəyişib. Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanındakı siyasi məhbuslarla bağlı paylaşımlar edən səhifələrdən birinin yazdığına görə, Şeyx Süleyman 2016-cı ilin 22 aprel tarixində həbs edilib. Belə ki, o, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman haqqında sosial şəbəkədə tənqidi yazı yazdıqdan bir gün sonra saxlanılıb. Məlumata görə, ona edilmiş işgəncələr xüsusi amansızlığı ilə seçilib. Qeyd edək ki, Məhəmməd ibn Salman vəliəhd şahzadə elan edildikdən sonra Ərəbistanda minlərlə siyasi və dini xadimlər həbs ediliblər. Onların arasında yüzlərlə şəriət alimləri, ziyalılar, nüfuzlu şeyxlər və Universitet professorları var./Eastnews/ Teqlər : #Ərəbistan zindanında tanınmış din xadimi işgəncə ilə öldürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müharibə və qarşıdurmalarda ölən hər 4 nəfərdən 3-ü mülki vətəndaşdır Şagirdlər arasında atışma nəticəsində iki nəfər yaralandı - ABŞda
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO