Əfqanıstanda avqust ölümləri 19 Sentyabr 2019 10:16 Dünya BBC-nin araşdırmasına görə, avqust ayında Əfqanıstanda hər gün orta hesabla 74 nəfər həlak olub. Ölənlər arasında uşaqlar və qadınlar da var. Ardı-arası kəsilməyən zorakılıq bütün ölkəni bürüyüb, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasıyla bağlı danışıqlarsa dalana dirənib. BBC 2037 nəfərin həlak olduğu 611 insidentlə bağlı informasiyaları dəqiqləşdirə bilib. Həm "Taliban" qruplaşması, həm də Əfqanıstan hökuməti BBC-nin əldə etdiyi məlumatların dəqiqliyini şübhə altına alıb. Bir çox hallarda insanlar döyüş əməliyyatları zamanı həlak olublar (həlak olan "Taliban"çıların sayı gözləniləndən çox olub), amma ölənlərin beşdə biri dinc sakinlərdir. Yaralananların sayı 1948 nəfərdir. 31 günün qətl xronikası Avqustun çox sayda insanın ölümünə səbəb olmuş birinci həftəsindən sonra - İd əl-Fitr bayramı zamanı "Taliban" və hökumət qüvvələri hərbi əməliyyatları 3 günlüyə dayandırıblar. Ancaq BBC bayram günlərində - 10 avqust axşamından avqustun 13-ü gün batana qədər 90 nəfərin həlak olması faktını dəqiqləşdirə bilib. Ən çox ölüm hadisəsi avqustun 27-sində qeydə alınıb. 162 nəfərin həlak olması, 47 nəfərin yaralanması təsdiqlənib. Onların arasında döyüş dronlarının atəşinə tuş gələn "Taliban"çıların sayı çoxluq təşkil edir. Xüsusilə çox sayda dinc əhalinin həlak olduğu 18 avqustda 112 nəfər ölüb. Onların böyük əksəriyyəti Kabildəki toyda baş vermiş partlayış nəticəsində zərər çəkib - 142 nəfər yaralanıb, 92 nəfər ölüb. Baş vermiş hadisənin məsuliyyətini "İŞİD" terror qruplaşması öz üzərinə götürüb. Teqlər : #Əfqanıstanda,#avqust,#ölümləri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda baş verən partlayışda ölənlərin sayı 12 nəfərə çatıb Əfqanıstanda ardıcıl hücumlar - 50 ölü, 98 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO