Ərbəin zəvvarlarının diqqətinə: Xosrəvi və Çəzabə sərhəd-keçid məntəqələri bağlandı

Ərbəin zəvvarlarının diqqətinə: Xosrəvi və Çəzabə sərhəd-keçid məntəqələri bağlandı

Iraqda baş vermiş qarşıdurmalara görə, ötən gecədən  Xosrəvi və Çəzabə sərhəd keçid məntəqələri bağlanıb. 
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki,  bunu İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi deyib. 
 
Q.Rzayi bildirib ki, sabitlik təmin olunduqdan sonra  Ərbəin zəvvvarları üçün bu iki sərhəd-keçid məntəqəsi yenidən açılacaq. 
 
Qeyd edək ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi  İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid məntəqələri vasitəsilə həyata keçirilirdi.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 

Google+ WhatsApp ok.ru