Əfqanıstanın şimalında azı 13 nəfər öldürülüb 29 Yanvar 2020 15:47 Dünya Əfqanıstanın şimalındakı Kunduz vilayətində Taliban qruplaşma üzvləri nəzarət məntəqəsinə hücum ediblər, azı 13 təhlükəsizlik əməkdaşı öldürülüb. Vilayət şurasının üzvü Safiullah Amiri-nin yanvarın 29-da verdiyi məlumata görə, hücum Daşt-e Arçi rayonunda baş verib. Atışma zamanı səkkiz əsgər, azı dörd polis əməkdaşı da xəsarət alıb, Taliban azı 3 nəfəri əsir götürüb. Rayon başçısı Saduddin Sayyed toqquşmaların səhər də davam etdiyini söyləyib. Onun sözlərinə görə, hücum edənlər silahları ələ keçiriblər, amma nəzarət məntəqələri hazırda hökumət qüvvələrinin nəzarəti altına qaytarılıb. Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb. Bir gün öncə isə Bağlan vilayətində Taliban hücumunda azı 10 polis əməkdaşı öldürülmüşdü. /azadliq.org Teqlər : #Əfqanıstanın,#şimalında,#azı,#nəfər,#öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İordaniyada Trampın planı əleyhinə aksiya keçirildi - Video İraqda ABŞ təyyarəsi qəzaya uğrayıb, ölən var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO