‘Wall Street Journal’: ABŞ Səudiyyə Ərəbistanında 2500 əsgər və hərbi texnika yerləşdirib 28 Fevral 2020 14:50 Dünya "Wall Street Journal" nəşrinin yazdığına görə, ABŞ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın 96 kilometrliyində yerləşən "Şahzadə Sultan" hərbi bazasında 2.500 əsgər, F-15 qırıcı təyyarələri və "Patriot" raket sistemi yerləşdirib. "Əl-Ərəbiyə" telekanalının şərhində Vaşinqtonun və Ər-Riyadın bu addımının Yaxın Şərq regionunda gərginliyin artması ilə əlaqədar olduğu bildirilir. Hərbi bazadakı Hava Qüvvələrinin eskadrilya komandiri, general Con Volker məlumatı təsdiqləyib. Qeyd olunub ki, bu yaxınlarda Ər-Riyada səfər edən ABŞ-ın Dövlət katibi Mayk Pompeo da hərbi bazadakı əsgərlərlə görüşüb. O, əsas məqsədin Səudiyyə Ərəbistanının neft emalı zavodlarının raket hücumundan qorunması olduğunu deyib. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin regional təhlükəsizliyi və sabitliyi qorumaq üçün ötən ilin iyulunda ABŞ əsgərlərinin və hərbi texnikasının yerləşdirilməsini təsdiq etdiyi bildirilir./Azertac/ Teqlər : #‘Wall,#Street,#Journal’:,#ABŞ,#Səudiyyə,#Ərəbistanında,#2500,#əsgər,#və,#hərbi,#texnika,#yerləşdirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistandakı iğtişaşlarda ölənlərin sayı 38 nəfərə çatıb Rusiya: ‘ABŞ və Böyük Britaniya Ağ Dəbilqəliləri dəstəkləyir’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO