Əfqanıstan hökuməti 5 min talibançını azad edəcəkmi 02 Mart 2020 11:03 Dünya Əfqanıstan Prezidenti Ashraf Ghani Birləşmiş Ştatlar və Taliban qruplaşması arasındakı sülh sazişinin əsas komponentini sual altına alıb. Ghani martın 1-də Kabildə brifinqdə deyib ki, onun hökuməti 5 minədək talibançı məhbusu azad etmək öhdəliyi götürməyib. Bu maddə 29 fevral razılaşmasında nəzərdə tutulub. Qərbin dəstəklədiyi Kabil hökuməti ikitərəfli ABŞ-Taliban sazişini imzalayan tərəf deyil. “Ortada 5 min məhbusun azad olunması öhdəliyi yoxdur”, – deyən Ghani əlavə edib ki, istənilən məhbusun azadlığa buraxılması “ABŞ hökumətinin deyil, Əfqanıstan hökumətinin səlahiyyətinə aid məsələdir”. ABŞ Dövlət katibi Mike Pompeo martın 1-də CBS televiziyasına deyib ki, keçmişdə hər iki tərəf məhbusları azad edib və növbəti günlərdə Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqların başlanacağına ümidini bildirib. ABŞ-Taliban sazişində deyilir ki, Vaşinqton Əfqanıstan hökumətinin saxladığı “beş minədək” talibançı məhbusun buraxılması öhdəliyi götürür, “2020-ci il martın 10-a, əfqandaxili danışıqların birinci gününədək digər tərəf də minədək məhbusu azad edir”. Hazırda Əfqanıstanda 10 minədək talibançı məhbusun saxlandığı bildirilir. /azadliq.org / Teqlər : #Əfqanıstan,#hökuməti,#min,#talibançını,#azad,#edəcəkmi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AZAL Bakı-Almatı aviareysi üzrə uçuşlara başlayır Hindistanda bütpərsətlər ana və körpəsini diri-diri basdırdı - Video (18+)
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO