‘Human Rights Watch’: Səudiyyə Ərəbistanı son 5 ildə 800 nəfəri edam edib

‘Human Rights Watch’: Səudiyyə Ərəbistanı son 5 ildə 800 nəfəri edam edib

"Human Rights Watch" təşkilatı yayımladığı hesabatda, Səudiyyə Ərəbistanında edamların son 5 ildə artdığını və ötən il 37 nəfərin siyasi motivlərə görə edam edildiyini bildirib. 
 
Təşkilat əlavə edib ki, ölkədə ölüm hökmünün tətbiqi 2015-2020-ci illər arasında iki dəfə artıb, bu müddət ərzində 800 nəfər edam edilib.  
 
Məlumata görə, təkcə 2019-cu ildə Səudiyyə Ərəbistanında 186 nəfər, o cümlədən 23 aprel tarixində kütləvi edamda öldürülən 37 nəfər edam edilib.   
 
Açıqlamada 2019-cu ilin aprelində edam edilən 37 nəfərdən ikisinin 16 və 17 yaşlarında olduğu, hökumət əleyhinə etirazlarda iştirak etdiyinə həbs edildiyi qeyd olunub.   /eastnews.org
 

Google+ WhatsApp ok.ru