‘OPEC+’ iclasından sonra neft bahalaşdı

‘OPEC+’ iclasından sonra neft bahalaşdı

“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) bu gün keçirilən iclasından sonra dünya birjalarında neftin qiyməti bahalaşıb.
 
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,13 % bahalaşaraq 41,98 dollardan satılır.
 
ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı neftinin bir barrelinin qiyməti isə 1,18 % artaraq 39,30 dollar səviyyəsində qərarlaşıb.
 
Qiymətin artmasına səbəb İraq və Qazaxıstanın mayda azaldılmayan hasilatın kompensasiya edilməsi planlarını dəstəkləməsi olub. Yığıncağın yekun kommünikesində isə qeyd olunub ki, ötən ay “OPEC +” əməliyyatına əməl olunması ümumilikdə 87% təşkil edib.
 

Google+ WhatsApp ok.ru