Əfqanıstandan çıxan ABŞ qoşunları Yəməndə yerləşdi 15 İyul 2021 10:30 Dünya Yəmən mediasının verdiyi məlumata görə, Əfqanıstandan çıxan ABŞ qoşunlarının bəzi qüvvələri Yəməndəki hərbi bazada yerləşiblər. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Yəmənin “Ypagency” şəbəkəsi Əfqanıstandan çıxan bəzi ABŞ əsgərlərinin Yəmənin cənubundakı Ədən Hava Limanına çatdığını və buradan Lahıc vilayətinə yollandığını bildirib. ABŞ iyulun 12-si onlarla hərbi maşın, PUA, Patriot sistemləri və səhra əməliyyatları otaqlarını Əl-Ənad bazasına köçürüb. Lahic vilayətindəki yerli mənbələrə görə, Səudiyyə rejimi ABŞ əsgərlərinin gəlişindən sonra BƏƏ qüvvələrini Əl-Ənad hərbi bazasını tərk etməyə məcbur ediblər. Mənbələr BƏƏ qüvvələrinin Əl-Ənaddakı hərbi helikopterlərlə bazanı tərk etdiklərini deyiblər.. Səudiyyə rejiminin qüvvələrinin Əl-Sabiha qəbiləsindən olan silahlılarla birlikdə Əl-Ənad bazasında nəzarəti gücləndirdikləri də qeyd edilib. “Alkhabaralyemeni” saytı da mövzu ilə bağlı xəbərində belə qeyd edib: “Ədən körfəzindəki ən əhəmiyyətli baza olan Əl-Ənad bazası, son günlərdə BƏƏ qüvvələri ilə Səudiyyə rejiminə bağlı qüvvələr arasında toqquşmaların şahidi oldu, lakin nəticədə BƏƏ qüvvələri bazanı tərk etmək məcburiyyətində qaldı. Toqquşmalar ABŞ hərbçilərinin Əl-Ənada gəlməsi ilə üst-üstə düşdü və bu qüvvələrin bazaya verilməsi Əl-Beyda vilayətində (mərkəzi Yəmən) Əl-Qaidə və İŞİD-in məğlub olduğu vaxta təsadüf etdi. ABŞ hesab edirdi ki, Sənaya təzyiq göstərmək üçün onlardan istifadə edə bilər. Teqlər : #Əfqanıstandan,#çıxan,#ABŞ,#qoşunları,#Yəməndə,#yerləşdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sakit okeanda gərginlik-Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub Mayami meri: Kubanı bombalayaq!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO