ABŞ-da bir gündə iki hərbi təyyarə qəzaya uğradı

Tennesidə baş verən qəzada 32 yaşlı pilot həlak oldu.

 

ABŞ-ın Tennesi ştatında ölkənin hərbi hava qüvvələrinə (HHQ) məxsus Blue Angel F/A-18 təyyarəsi qəzaya uğrayıb.

 

ANS PRESS-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, təyyarə ştatın paytaxtı Neşvildən cənub-şərqdə yerləşən Smirna yaxınlığında yerə düşüb. Məlumata görə, yerdə heç kim zərər çəkməyib. HHQ nümayəndəsi bildirib ki, qəzaya uğrayan təyyarə bu həftəsonu aviaşouda iştirak edəcək 6 F/A-18 qırıcılardan biri olub.

 

Yerli yanğınsöndürən departamentin rəisi Rik MakKormikin Fox News telekanalına verdiyi məlumata görə, təyyarə yerdən qaxandan sonra dərhal qəzaya uğrayıb.

 

Təyyarənin pilotu 32 yaşlı Ceff Kuss qəza zamanı həlak olub.

 

Daha əvvəl Kolorado ştatında ABŞ HHQ-nin Akademiyasında buraxılış tədbiri zamanı "Thunderbird" qrupuna aid hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin pilotu katapult etməyi bacarıb.

 

Həmin pilotla prezident Barak Obama görüşüb. Ölkə başçısı pilotun əlini sıxaraq dövlətə qulluq etdiyi üçün ona təşəkkürünü bildirib və pilotun ciddi yaralanmamasından məmnunluq hissi keçirdiyini ifadə edib. /

Google+ WhatsApp ok.ru