ABŞ-da etirazçıların yürüşü... - VİDEO

Ştatlarda polisin qaradərililəri öldürməsi hallarına qarşı kütləvi etirazlar səngimir

 

ABŞ-ın bəzi ştatlarında polisin qaradərililəri öldürməsi hallarına qarşı kütləvi etirazlar səngimir.
 
ANS TV-nin məlumatına görə, Kaliforniya ştatının Berkli şəhərində ötən gecə yüzlərlə etirazçı şəhərin mərkəzi küçələrində yürüş edib. 
 
Aksiya iştirakçıları şəhər şurasının binası qarşısında ayaq saxlayaraq, bir neçə yüksəkrütbəli şəxslə görüşüblər. Şəhər şurasının nümayəndələri Kaliforniyada həftəsonu etirazlar zamanı polisin etirazılara qarşı davranışının istintaqla çərçivəsində araşdırılacağını bildiriblər. 
 
Yürüş iştirakçıları son həftə ərzində Kaliforniyada 250-ə yaxın etirazçının həbs edilməsinə qarşı şüarlar da səsləndiriblər. Həbs olunanların hər birinin şərti azadlığa buraxılması üçün 50 min dollaradək zamin haqqı tələb olunur. Bu isə etirazçıları daha da hiddətləndirib./

Google+ WhatsApp ok.ru