ABŞ-da FBI-ın “radikallıqla mübarizə” saytı müsəlmanların etirazına səbəb oldu

Amerikada İslam təşkilatları və insan hüquqları qurumları ölkənin federal polisi tərəfindən “radikallıqla mübarizə” saytının yaradılmasını tənqid ediblər.
Maide.az xəbər verir ki, sözügedən təşkilatlar bunu dini ayrıseçkilik və irqçilik halları kimi dəyərləndiriblər.
Polisin iddia etdiyi kimi, güya məqsəd Amerika məktəblərində və universitetlərində “radikallığın və zorakılığın qarşısının alınması”dır. Lakin sayt yaradıldıqdan sonra İslam və insan hüquqları təşkilatları bu saytı İslamı və Amerika müsəlmanları hədəfə almaq üçün yeni alət olduğunu bildiriblər.
ABŞ-dakı İslam təşkilatları hesab edirlər ki, bununla FBI müsəlmanları müəyyən etmək və onlara qarşı iş açmaq niyyətindədir.
Bu saytın bir hissəsi “alət olmayın” adlı kompüter oyunudur ki, istifadəçilər bu bölmədən görünən və ya görünməz şəkildə İslam şüarlarını və müsəlmanlarını hədəf, zərər çəkmiş və zorakılıq törədən kimi görə bilərlər.
İslam- Amerika əlaqələri Şurası (CAIR) bu yeni oyunu tənqid edərək, bunu həyata keçirməkdən məqsədin müsəlmanlara qarşı bədbin atmosferə təhrik etmək olduğunu bildirib.
Şura vurğulayıb: Bu sayt və oyun əslində İslam və müsəlmanlara qarşı insanlarda şübhə yaratmaq üçün planlaşdırılıb./
 

Google+ WhatsApp ok.ru