ABŞ-da fövqəladə vəziyyət

ABŞ-ın mərkəzi və şərq hissələri güclü qar fırtınasına məruz qalıb. Yerli KİV-lərin məlumatına görə, pis hava şəraiti ilə əlaqədar bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib 
Məlumata görə qar fırtınası əsasən Missuri, Arkanzas, İllinoys, Tennesi, Kentuki, Virciniya, Şimali Karolina və Missisipi ştatlarında tüğyan edir. Əlverişsiz hava şəraiti səbəbindən dövlət müəssisələrinin və məktəblərin fəaliyyəti dayandırılıb. Bundan başqa, 2500-dək aviareysin də ləğv edildiyi bildirilir. azvision /

Google+ WhatsApp ok.ru