ABŞ-da ilk dəfə: Nümayəndələr palatasında iki müsəlman qadın 07 Noyabr 2018 10:39 Dünya ABŞ-da Konqresə keçirilən aralıq seçkilər başa çatıb. Maide.Az "istipress"ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar partiyası Senat seçkilərində qalib gəlib. Demokratlar isə Nümayəndələr Palatasına seçkilərdə yüksək nəticə göstəriblər. Respbulikaçılar Senatda 50 yer, demokratlar isə 41 yer qazanıb. Nümayəndələr Palatasında isə bu rəqəm 197 və 238 olaraq dəyişir. Bu dəfə Nümayəndələr palatasına daxil olanlar arasında iki müsəlman da var. Belə ki, ABŞ-ın Miçiqan və Minnesota ştatlarından seçkilərə qatılan Fələstin əsilli Raşida Tlaib və Somalidən olan Ilhan Omar Nümayəndələr palatasına daxil olan ilk müsəlman qadınlar olublar. Seçilən xanımlardan biri hicablıdır. ABŞ prezidenti Donald Tramp da artıq seçki ilə bağlı ilk açıqlamasını verib. "Bu gecə möhtəşəm bir uğur idi. Hər kəsə təşəkkür edirəm". Teqlər : #ABŞda,#ilk,#dəfə:,#Nümayəndələr,#palatasında,#iki,#müsəlman,#qadın, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məşhəd hotellərində qonaqların 30 faizdən çoxu əcnəbi zəvvarlardır İmam Əlinin (ə) hərəmində Həzrət Peyğəmbərin (s) rehləti münasibətilə əzadarlıq - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO