ABŞ-da Çinin konsulluq binasına hücum 02 Avqust 2017 01:00 Dünya ABŞ-ın Los Anceles şəhərində olan Çin konsulluğunun binasına 60 yaşlarında bir kişi 17 dəfə atəş açıb. Maide.Az –nın “habar7”-ə istinadən məlumatına görə, ABŞ-ın Los Angeles şəhərində Çin konsulluğu binasına atəş açan bir kişi daha sonra öz avtomobilinin yanında intihar edib. Polisin bildirdiyinə görə, səhər saat 06:00 radələrində reallaşdırılan hücumda ölən və yaralanan olmayıb. Hücum konsuluqda iş saatı olmadığı bir zamanda baş verib. Hücum edən şəxsin Asiya mənşəli şəxs olduğu bildirilir. Onun açdığı atəş nəticəsində konsulluğun binasının divarlarına ziyan dəyib və pəncərələrinin şüşələri sınıb. Çin konsulluğu isə hadisənin son dərəcə narahatlıq verici olduğunu ifadə etdi və ABŞ səlahiyyətlilərindən binanın və binada çalışan diplomatların təhlükəsizliyini təmin edəcək zəruri tədbirlərin görülməsini istədi. 2011-ci ildə da Çin əsilli bir ABŞ vətəndaşı eyni binaya atəş etdiyi üçün polis tərəfindən həbs olunmuş və o hadisədə da hər hansı bir yaralanma ya da can itkisi olmayıb Teqlər : #ABŞda Çinin konsulluq binasına hücum, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Şimali Koreyaya: Biz sizin düşməniniz deyilik Səudiyyə Ərəbistan Əvamiyyə şiələrinin su və işığını kəsib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO