ABŞ-da islamofobiya ilə bağlı yumoristik reklam kampaniyası başlandı - VİDEO

Amerika İslam Əlaqələri Şurası (CAIR), ABŞ-da xüsusi ilə Respublikaçıların prezidentliyə əsas namizədi Donald Trampın çıxışları ilə artan islamofobiya ilə mübarizə üçün yumoristik bir reklam kampaniyası başladıb.
 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, CAİR tərəfindən hazırlanan 1 dəqiqəlik reklam videosunda amerikalıların müsəlman qonşularına qarşı şübhəli yanaşmaları yumor diliylə ekranlaşdırılıb.
 
Videoda simptomları göstərən amerikalılara belə bir mesaj verir: "Islamophobin" adlı saqqız çeynəmək məsləhət görülür. "Islamophobin" xroniki islamofobiyası olanlara müsbət təsir edir. Məhsulumuz fanatizm, yersiz müsəlman qorxusu, dözümsüzlüyün müalicəsində təsirlidir".
 
Reklamda ABŞ xalqına da xitab olunaraq, aşağıdakı suallar ünvanlanır: "Müsəlmanlardan qorxur və ya onlardan nifrətmi edirsiniz? Sizin kimi geyinməyən, danışmayan, ya da düşünməyən insanlara şübhəylə yanaşırsınız? Müsəlman, ya da müsəlman zənn etdiyiniz birini görəndə ifrat narahatçılığamı yoluxursunuz? Səfər etdiyiniz təyyarədə bir müsəlmanın olmaması üçün dua edirsiniz?".
 
Videoda bu suallara "bəli" cavabı verənlərə "Islamophobin" saqqızının müsbət təsir edəcəyi bildirilir.
 
CAIR-in saytında bildirilir ki, həmin saqqızı sayt vasitəsilə əldə etmək mümkündür. Saytda isə məhsulun şəkərsiz saqqız olduğu vurğulanıb. Saqqızın qiyməti isə daşınma və vergidən kənar 1.99 dollar təşkil etdiyi qeyd olunub.
 
CAIR-in icra direktoru Nihad Avad ABŞ mediasına mövzu ilə bağlı açıqlama verib. O, Trampın və Respublikaçıların prezidentliyə namizədlərinin "məsuliyyətsiz bəyənatları"nın islamofobiyanı artırdığını vurğulayaraq, Trampın namizəd olacağı təqdirdə, ayrıseçkiliyin daha da artacağını bildirib. Məhz bunun üçün mübarizə kampaniyasına başladıqlarını bildirən Avad, müsəlman qonşu və ya iş yoldaşının digər amerikalıların dostu olduğunu vurğulamağa çalışdıqlarını deyib.(Deyerler.org)
 

Google+ WhatsApp ok.ru