ABŞ-dakı ilk İslam Universiteti rəsmən tanındı 12 Mart 2015 02:00 Dünya ABŞ-ın ilk İslami universiteti "Zaytuna College" (Zaytuna Kolleci) ABŞ-ın Ali Təhsil Sistemi tərəfindən tanınıb. Kaliforniyanın Berkeley şəhərində 2010-ci ildə ABŞ-ın ilk İslam universiteti olaraq tədrisə başlayan Zaytuna Kollecinin Məktəblər və Kolleclər Qərb Birliyinə (WASC) akkreditə olduğu açıqlanıb. ABŞ-da özəl və dövlət universitetlərinin akkreditasiyasına cavabdeh olan 6 rəsmi təşkilatlarından biri də WASC-dır. Zaytuna Kollecdə tələbələrə İslam hüququ, teologiya və ərəb dili tədris olunur. Həmzə Yusif ilə Zaid Şakir adlı amerikalı müsəlmanlar tərəfindən 1996-ci ildə təsis olunan Zaytuna Kolleci 2009-ci ildə sosial elmlər universitetinə çevrilib. 2010-ci ildə isə ABŞ-ın ilk İslam universiteti olaraq tədris verməyə başlayıb. "İnşallah bunun arxasından daha çox müsəlman universitetləri gələcəkdir", - deyə Həmzə Yusif bildirib./ Teqlər : #ABŞdakı ilk İslam Universiteti rəsmən tanındı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkmənistanda dinc mitinqlərə icazə veriləcək Koalisiya qüvvələri İraq hərbçilərinə atəş açıb, 22 nəfər həlak olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO