ABŞ-da koronavirusa yoluxanların sayı artıb 03 Fevral 2020 09:09 Dünya ABŞ-da daha iki nəfər yeni növ koronavirusa yoluxub. Ölkədə yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halları 11-ə çatıb. Bildirilir ki, yoluxma halları Kaliforniya ştatının San-Benito dairəsində qeydə alınıb. Daha əvvəl 9 nəfərin yoluxduğu bildirilirdi. Son təsdiqlənmiş yoluxma halı ştatın Santa Klara dairəsində qeydə alınmışdı. Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb. /Trend Teqlər : #ABŞda,#koronavirusa,#yoluxanların,#sayı,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada koronavirusa ilk iki yoluxma halı aşkarlanıb Səudiyyə Ərəbistanı İran nümayəndə heyətinin İƏT-in Ciddə şəhərindəki fövqəladə iclasında iştirakını əngəlləyib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO