ABŞ-da öldürücü superinfeksiyalar tapılıb

ABŞ-da öldürücü superinfeksiyalar tapılıb

-- sağalmaz infeksiya...

 ABŞ-da sağalmaz infeksiya qeydə alınıb.
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki, Xəstəliklərin idarə olunması mərkəzi ötən il bakteriyaların yaratdığı və bir çox antibiotiklərə qarşı müqaviməti olan 221 yeni infeksiya aşkar edib.
 
Məlumatda qeyd edilir ki, superinfeksiyaların tapıldığı tibbi müəssisələrdə hər 10 adamdan biri ən azı 1 superinfeksiya daşıyıcısıdır. Amma onların heç birində  xəstəliyin hansısa əlaməti müşahidə edilməyib.
 
Bu mikroblar digər bakteriyalara ötürülə bilən dərman preparatlarına qarşı müqavimət genlərinə malikdir. Beləliklə, sağlam insanlar da bu təhlükəli xəstəliyin daşıyıcısı ola bilər.
 
Sənəddə tibb müəssisələrinin işçilərinə antibiotiklərə qarşı müqaviməti olan şübhəli mikroorqanizmlər üzərində təhlillər aparmağı məsləhət görülür.
 
Mütəxəssislər kimin superinfeksiya daşıyıcısı olduğunu müəyyən etməyi və digər xəstəxanalara köçürülən xəstələri izləməyi tövsiyə edir.
 
 
 
 

Google+ WhatsApp ok.ru