ABŞ-da marketə silahlı hücum: 2 ölü, 1 yaralı

ABŞ-ın Florida ştatındakı bir alışveriş mərkəzinə silahlı hücum olub.
Basqın nəticəsində 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilir.
Florida polisinin verdiyi məlumata görə, silahlı hücum "Melbourne Square Mall" adlı alışveriş mərkəzinin qida məhsulları satılan hissəsinə olub. 
Polis vəziyyəti nəzarət altına alındığını və təhlükəsizliyin təmin edildiyini açıqlayıb. Hələlik basqınçıların kimiliyi, hadisənin motivi məlum deyil. azadliq/ 

Google+ WhatsApp ok.ru