ABŞ-da seçkilərdə atışma: 1 ölü, 3 yaralı

ABŞ-da seçkilərdə atışma: 1 ölü, 3 yaralı

ABŞ-ın Kaliforniya ştatının Azus şəhərində seçki məntəqəsinin qarşısında baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, azı 3 nəfər yaralanıb. 
 
ABŞ-ın “Los Angeles Times” nəşrinə istinadən verdiyi xəbərə görə, insident Bakı vaxtı ilə 02.00 radələrində baş verib. Hadisədən sonra seçki məntəqəsi bağlanıb. İlkin məlumata görə, atəş açan şəxs hadisə yerindən qaçıb. 
 
Polis nümayəndəsi atəş açan şəxsin üzərində bir neçə silahın olduğunu istisna etməyib.
 

Google+ WhatsApp ok.ru