ABŞ: İŞİD kürdlərə qarşı kimyəvi silahlardan istifadə edib

Wall Street Journal qəzeti ABŞ rəsmisinə istinadən bildirib ki, İŞİD İraqın şimalında Peşmərgə qüvvələrinə qarşı kimyəvi silahlardan istifadə edib.  
 
Maide.az xəbər verir ki,  jurnalın məlumatına görə, İŞİD kürdlərə qarşı xardal qazlarından istifadə edib. 
 
Adının açıqlanmadığı ABŞ rəsmisi jurnala deyib ki, bizdə İŞİD-in Kürdlərə qarşı kimyəvi silahlardan istifadə etməsinə dair etibarlı məlumatlar var. 
 
iki gün öncə İŞİD terror qruplaşması Kürd silahlılarına qarşı kimyəvi silahlarla hücume dib. 60 nəfər Peşmərgə qüvvəsində xardal qazı ilə zəhərləndiyi ehtimal olunur.  Bunu Almaniyanın müdafiə nazirinin sözçüsüdə təsdiqləyib. 
 
İŞİD terror qruplaşması İraq və Suriyada bəzi əraziləri öz nəzarətinə keçiriblər. İŞİD dəfələrlə kimyəvi və qanunsuz silahlardan istifadə edərək müxtəlif cinayətlər törədib./
 
 

Google+ WhatsApp ok.ru