ABŞ-ın 10-dan çox şəhərində nümayişlər keçirilir - VİDEO 30 May 2020 09:42 Dünya ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında öldürülməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, artıq üçüncü gündür davam edən nümayişlər nəticəsində Ağ Evə giriş müvəqqəti dayandırılıb. Qeyd olunub ki, Atlantadakı nümayişçilər “CNN”nin qərargahının şüşələrini sındırıb və polisə boş şüşələr atıblar. Nümayişçilər hökumətin iğtişaşları dayandırmaq çağırışına məhəl qoymurlar. Atlantada ən azı yeddi nümayişçi saxlanılıb. Şəhərlərdə avtomobillərin yandırılması barədə məlumatlar daxil olur. Nyu-Yorkun Bruklin bölgəsində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nyu Meksiko ştatının Albukerke şəhərində bir neçə saat davam edən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfəri tutub. “Associated Press”in məlumatına görə, etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişçiləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdır. ABŞ-ın Detroyt şəhərində polis zorakılığı nəticəsində afroamerikalının həlak olmasına etiraz əlaməti olaraq keçirilən aksiya zamanı 1 nəfər həlak olub, 40-dan çox insan saxlanılıb. Polis rəhbəri qeyd edib ki, naməlum şəxslər toplaşmış etirazçılara avtomobildən atəş açıblar. Bu zaman 1 nəfər ölüb. Onun sözlərinə görə, polis atəş açanların kim olduğunu bilmir, lakin həmin şəxslər polis əməkdaşları olmayıb. Hazırda silahlı şəxslər axtarılır. Bundan başqa Kolumbus (Ohayo ştatı), Hyuston (Texas ştatı), Dallas (Texas ştatı), Finiks (Arizona ştatı), San Xose (Kaliforniya ştatı), Las Vegas (Nevada ştatı), Şarlott (Şimali Korolina şatatı) və ölkənin kiçik şəhərlərində də nümayişlər keçirilir. Xatırladaq ki, Floydun ölümünə cavabdeh olan dörd polis əməkdaşı işdən azad edilsə də, hadisəni araşdırmaq üçün Minnesota Cinayət Prosessual Bürosu və Federal İstintaq Bürosu (FTB) tərəfindən iki fərqli istintaq aparılır. This view is from INSIDE the CNN center, my colleague @CNNValencia reporting as police hold the line amid heavy protests in Atlanta tonight. #GeorgeFloyd pic.twitter.com/aMh00kW7Q4— Omar Jimenez (@OmarJimenez) May 30, 2020 WATCH: Demonstrators blocked traffic on the U.S. Highway 101 in San Jose, California as the #GeorgeFloyd protests continue pic.twitter.com/Asd7V7dQRv— Bloomberg QuickTake (@QuickTake) May 30, 2020 Teqlər : #ABŞın,#10dan,#çox,#şəhərində,#nümayişlər,#keçirilir,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq 8 Şəvval - İmamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür- FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO