ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi insanların mədəni azadlıqlarına təcavüzü etiraf etdi

ABŞ-ın milli təhlükəsizlik nazirinin müavini hökumətin "kibernetik təhlükəsizlik" adlı yeni layihəsini Amerika vətəndaşlarının mədəni azadlıqlarının müdafiəsi qanununa zidd adlandırıb.
 
Yeni qanun layihəsi gələn həftə "kibernetik təhlükəsizlik" adı ilə ABŞ Senatında səsə qoyulacaq. Bu qanun layihəsi Amerika şirkətləri və müəssisələrini istənilən şəxs ilə bağlı "milli təhlükəsizliyə qarşı təhdid" hesab edilən məlumatı federal araşdırmalar idarəsinin ixtiyarına verməyə məcbur etmiş olacaq. Bu layihə ilə müxalif olanları nigaran edən başlıca məsələlərdən biri, bu qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, internet istifadəçiləri ilə bağlı məlumatların da federal araşdırmalar idarəsinə veriləcəyidir. Əslində bu layihə insanların şəxsi həyatı ilə bağlı casusluğa icazə vermiş olacaq.

Google+ WhatsApp ok.ru