ABŞ-ın qaranlıq tərəfi - Qanunların dəstəklədiyi uşaq evliliklə

ABŞ-ın qaranlıq tərəfi - Qanunların dəstəklədiyi uşaq evliliklə

Bu gün "Uşaqları Müdafiə Günü"dür. Bütün dünyaya demokratiya və azadlıq deyə daim şüarlar səsləndirən ABŞ-ın qaranlıq bir simasından bəhs edən məqaləni sizə təqdim edirik.
 
Son illər ABŞ-da uşaq evlilikləri sürətlə artmaqdadır. ABŞ-da Unchained at Last (Nəhayət Zəncirsiz) adlı təşkilat ABŞ-da məhz bu işlə məşğuldir. Bu təşkilatın paylaşdığı informasiya əsasən 2000-2010-cu illərdə 12-18 yaş arasında təxminən 250 min uşaq ailə həyatı qurub. 
 
Kız çocuğu
 
Rəsmi qanunlar buna izn verir. Məsələn Nyu-Yorkda 14 yaşında uşaq nigaha girə bilər. ABŞ-ın sadəcə 10 ştatında qanunlar buna izn vermir. Bəzi ştatlarda yaş həddi 18 göstərilsə də, bir çox ştatlarda yaş həddi yoxdur. Səhiyyə nazirliyinin məlumatlarına əsasən Nyu-Cersidə 1995-2012-ci illər arası yaş həddi 13-ə qədər enə bilən 3500 evlilik qeydə alınıb. Nyu-Cersidə 15 yaşından balaca birinin ailə həyatı qurması məhkəmə icazəsi ilə mümkündür. Bu uşaqların çoxu, yəni 91% özündən qat-qat yaşlı insanlarla ailə həyatı qurub. 
 
Qeyd edək ki, ABŞ-da uşaq evliliklərinin qarşısını almaq üçün Nyu-York və Mariland stat məclisinə təqdim edilmiş qanun layihələri də rədd edilib. (bbc) /

Google+ WhatsApp ok.ru