ABŞ-ın İranla nüvə müzakirələrindəki rəsmisi işdən çıxdı 03 Oktyabr 2015 01:00 Dünya Vendi Şermən Amerika Dövlət Departamentindəki vəzifəsindən uzaqlaşıb. Maide.az Amerika Dövlət Departamentinin saytına istinadən xəbər verir ki,Con Kerrinin siyasi məsələlər üzrə köməkçisi Vendi Şermən cümə günü rəsmi surətdə öz vəzifəsindən uzaqlaşıb. Con Kerri bir bəyanatda Şermənə təşəkkür edib və onun vəzifəsindən getməsinin səbəbini Harvard Universitetində təhsilini davam etdirməsi göstərib. Kerri əlavə edib ki, Mənim Şermənlə birgə işlədiyimiz məsələlərdən biri, İranın nüvə məsələsi barədə çoxtərəfli müzakirələr idi. Bu müzakirələr çox çətin və texniki cəhətdən mürəkkəb idi. Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın (5+1 qrupu) İranla nüvə danışıqlarına ABŞ nümayəndə heyətinə rəhbərliyi Vendi Şermən edirdi./ Teqlər : #ABŞın İranla nüvə müzakirələrindəki rəsmisi işdən çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2015-ci il ərzində İraqda 21 min insan terror qurbanı olub Amerikada orta hesabla hər gün 36 qətl törədilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO