ABŞ: Suriyada heç bir muxtar bölgəni tanımayacağıq

ABŞ Xarici İşlər Nazirliyindən Suriyada PYD-nin Cizirə, Kobani və Afrin ərazilərini birləşdirərək federasiya elan etməyə hazırlaşdığı iddiaları ilə bağlı açıqlama gəlib. ABŞ Xarici İşlər Nazirliyi, "Suriyada özünü idarə edən yarı muxtar bölgələri tanımırıq" açıqlaması səsləndirib.
 
Maide.az xəbər verir ki, "Sputnik"ə danışan ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner, "İndiyə qədər hər hansı bir özünü idarə edən yarı muxtar bir bölgə tanımamışıq və bundan sonra da etməyəcəyik" deyib. Nazirlik Sözçüsü, "Birləşmiş Suriya və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik", - söyləyib.
 
Suriyanın BMT-dəki Daimi Nümayəndəsi Bəşər Cəfəri də bu gün verdiyi bəyanatda Cenevrədəki danışıqların Suriyanın sərhəd bütövlüyünü qorumağa yönəlik olması lazım olduğunun vurğulayaraq, federal idarəetmə modeli tətbiq edilməsi istiqamətində təklifləri qəti şəkildə rədd edib və "Tamamilə uğursuzluqla nəticələnəcəkdir" deyib.
 
Qeyd edək ki, bu gün Suriyanın şimalında kürdlərin nəzarəti altındakı bölgələrin "federal demokratik" idarəetmə sisteminin qəbul edilməsi məqsədiylə keçirilən konfransın hazırlıq aktında, "demokratik özünüidarə sahələri" yaradılması və kürdlərin öz iqtisadi, təhlükəsizlik və müdafiə işlərini idarə olunmasının nəzərdə tutulduğu bildirilmişdi.

Google+ WhatsApp ok.ru