ABŞ: Suriya və İraqdakı terror qruplarında 50 ölkədən 12 minə yaxın insan döyüşür

ABŞ Dövlət departamentinin sözçüsü Mari Harf Suriyada İŞİD və digər silahlı qruplaşmaların tərkibində döyüşən xarici vətəndaşlar barədə danışıb: “Orada ABŞ vətəndaşları azdır, lakin həmin qruplaşmalarda 50 ölkədən 12 minə yaxın insan döyüşür. Biz Suriya və İraqla həmsərhəd olan ölkələri bu məsələdə diqqətli olmağa çağırırıq”

Maide.az-ın RFI-ya istinadən məlumatına görə, M.Harf Suriya və İraqla həmsərhəd olan Türkiyədə xarici vətəndaşların Avropa dövlətlərinin pasportu ilə rahat hərəkət etməsindən ciddi narahat olduqlarını dilə gətirib

 Bəzi beynəlxalq KİV-lərin məlumatına görə,100-dən çox ABŞ vətəndaşı Suriyada terror qruplaşmaları tərkibində vuruşub. 

Amerikalı jurnalist Ceyms Folinin öldürülməsinə gəldikdə isə M.Harf qeyd edib ki, ABŞ girovları başqa yollarla azad etməyə çalışıb: “Girovları yayın əvvəlində xüsusi əməliyyatla azad etməyi planlaşdırsaq da, heç bir əməliyyat baş tutmadı. /

 

Google+ WhatsApp ok.ru