ABŞ Bərzanini təkzib etdi: PYD-yə dəstək

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner İraq Kürdüstanının rəhbəri Məsud Bərzaninin "PYD və PKK tam olaraq eyni şeydir" sözləri ilə bağlı iki təşkilatın fərqli olduğunu və Suriyanın şimalında PYD ilə işləməyə davam edəcəklərini söylədi.
 
Maide.az xəbər verir ki, Toner gündəlik mətbuat konfransında Bərzaninin, "Al Monitor" internet saytına verdiyi açıqlamada, "PKK və PYD-nin eyni qrupdur və ABŞ bunu bilir" şəklindəki sözlərinə toxunub.
 
"Bölgədə birlikdə çalışdığınız peşmərgə güclərindən, "PKK və PYD-nin eyni qrup olduğu və bunu sizin bildiyiniz halda, İŞİD əməliyyatlarına göz yumursunuz" şərhləri haqqında nə düşünürsünüz" şəklindəki sualı Toner, "PKK-nın terror təşkilatı olduğu istiqamətindəki siyasətimizin arxasındayıq. Bunu ötən aylarda da bildirdik. Türk vətəndaşlarına qarşı törətdiyi terror hücumlarını qınayırıq", deyib.
 
PYD/YPG ilə Suriyanın şimalında çalışdıqlarını deyən Toner, "PYD və ya YPG ilə Suriyanın bəzi bölgələrində İŞİD-ə qarşı döyüşən və İŞİD-in nəzarət etdiyi ərazilərdən çıxmağa məcbur edən bir çox qrupla çalışdığımız kimi işləyirik" söyləyib.
 
PYD-ni dəstəkləməsinə baxmayaraq, aralarında fikir ayrılıqlarının da olduğunu deyən Toner, PYD-nin yarı muxtariyyət haqqında tələblərini dəstəkləmədiklərini bildirib.
 
PKK və PYD məsələsində Türkiyə rəsmilərinin də etirazı olduğunu xatırladan Toner, "Amma hələ də bu iki qrupun fərqli olduğunu düşünürük" söyləyib.

Google+ WhatsApp ok.ru