ABŞ BƏƏ-yə 2,9 milyard dollar dəyərində pilotsuz təyyarə satacağını təsdiqlədi

ABŞ BƏƏ-yə 2,9 milyard dollar dəyərində pilotsuz təyyarə satacağını təsdiqlədi

ABŞ Dövlət Departamenti Konqresi xəbərdar edərək 18 MQ-9 pilotsuz təyyarəsinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satılmasını təsdiqlədiyi bildirib.
 
Maide.Az xəbər verir ki, , bu barədə "Reuters" məlumat yayıb.
 
Məlumata görə, müqavilənin dəyəri təxminən 2,9 milyard dollar olacaq.
MQ-9 pilotsuz təyyarələri dəniz radar sisteminə malikdir və  2024-cü ildə BƏƏ -ə təhvil verilməsi nəzərədə tutulub.  
 
"Bloomberg", Dövlət Departamentinin həmçinin 50 ədəd "F-35" qırıcısının BƏƏ-yə 10.4 milyard dollara satılmasını dəstəklədiyini xəbər verirdi.
 
Qeyd edək ki,  ABŞ, Yəmənə təcavüz edən Səudiyyə Ərəbistan rejimi və BƏƏ rejiminə  silah yardımını və satışını davam etdirir.  ABŞ həmçinin, koalisiya ilə bölüşmək üçün kəşfiyyatı da gücləndirib. 
 
 Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 

Google+ WhatsApp ok.ru