Abdulla Öcalanın ölüm xəbəri yayıldı 27 İyul 2015 01:00 Dünya Türkiyədə PKK lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb. “Radikal” qəzeti bildirir ki, PKK liderinin 5 aydır ailəsi və rəsmilərlə görüşməməsi bu ehtimalları artırıb. Məsələ bir çox saytlar tərəfindən işıqlandırılıb və sosial mediada geniş paylaşılıb. Nəticədə Türkiyənin ədliyyə naziri Kənan İpək açıqlama verməyə məcbur olub. "Son günlərdə bəzi internet saytlarında PKK lideri Abdulla Öcalanın öldüyünə dair bəzi xəbərlərin yazıldığı və bu xəbərlərin sosial mediada yayıldığı müşahidə edilib. Abdulla Öcalanın öldüyü barədə yayılmış bu xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu xəbərlərin müəyyən məqsədlərlə yayıldığı aydın görünür" - deyə nazir vurğulayıb. Amma Türkiyə parlamentinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradan seçilmiş millət vəkili Şevkət Çətin hazırda Öcalanın saxlandığı adaya girişiin qadağan edildiyini və mətbuata susmaq əmri verildiyini bildirib ANS / Teqlər : #Abdulla Öcalanın ölüm xəbəri yayıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müxtəlif ölkələrdə Ayətullah şeyx Nəmrlə həmrəylik mitinqləri keçiriləcək 10 yaşlı qız partlayış törətdi, 14 nəfər öldü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO