ABŞ Fələstinə xəbərdarlıq edib

 ABŞ dövlət katibi Con Kerri Fələstin nümayəndə heyəti ilə müzakirələr zamanı Fələstinin işğal edilmiş ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) çıxaracağı qanun layihəsinin veto ediləcəyi barədə qarşı tərəfə xəbərdarlıq edib.

 "Al-Jazeera"nin  məlumatına görə, bu barədə Fələstinin Londondakı müzakirələrin təfərrüatları barədə məlumatlı diplomatlar bildiriblər.

C.Kerri fələstinlilərdən bu addımı İsraildəki seçkilərdən sonraya qədər təxirə salmağı istəyib.

Bildirək ki, Fələstin tərəfi TŞ-nin gündəminə çıxaracağı qanun layihəsində Sionist rejimin işğal etdiyi ərazilərin iki il ərzində azad olunmasını tələb edir.

Qanun layihəsinin bu gün və ya sabah BMT TŞ-yə təqdim ediləcəyi gözlənilir. /
 

Google+ WhatsApp ok.ru