ABŞ hökumətindən daha bir skandal qərar – Qaçqın uşaqlara məcburi DNT testi

ABŞ hökumətindən daha bir skandal qərar – Qaçqın uşaqlara məcburi DNT testi

-- 0 iyuldan etibarən 4 yaşa qədər, 26 iyuldan etibarən isə

ABŞ-ın Meksika ilə sərhəddə valideynlərindən alınaraq bir yerdə saxlanılan 3 min uşaq məcburi DNT testindən keçirir.
 
Maide.Az “ensonhaber.com”a istinadən xəbər verir ki, bu addımın uşaqların yenidən valideynlərinə verilməsi zamanı onların qan qohumluğunu təsdiqləmək üçün atıldığı bildirilib.
 
Lakin, bu, birmənalı qarşılanmayıb. Belə ki, mütəxəssislər analiz nəticələrinin başqa məqsədlər üçün istifadə ediləcəyindən narahatlıqlarını dilə gətiriblər.
 
Məlumata görə, 10 iyuldan etibarən 4 yaşa qədər, 26 iyuldan etibarən isə 5-17 yaş arası uşaqlar həmin analizdən keçiriləcək.
 

Google+ WhatsApp ok.ru