`ABŞ ilə bərabər Küveyt və İraqda çox qan tökdük`

Ötən həftə ölən Səudiyyə Kralı Abdullahla bağlı Wikileaks sənədlərində çox siqaret çəkdiyi və hədsiz dərəcədə viaqra istifadə etdiyi yazılır. Abdullahın məhbusları təqib etmək üçün bədənlərinə çip taxılmasını təklif etdiyi də sənədlərdə yer alır.
 
Maide.az xəbər verir ki, ötən həftə ölən Səudiyyə Kral Abdullah 16 mart 2009-cu ildə sarayında qəbul etdiyi Ağ Ev terrorizm müşaviri Con Brennan və ABŞ səfiri Clint Villiamson və Ford Frakera İraq baş naziri Malikiyə etibar etmədiyini, həmçinin Maliki hakimiyyətdə qaldığı müddətdə Səudiyyə-İraq əlaqələrinin inkişaf etməsi üçün çox az ümid olduğunu bildirib. 
"ABŞ İLƏ BƏRABƏR QAN TÖKDÜK"
 
Brennanın ABŞ-Səudiyyə ittifaqının güclü qalması lazım olduğunu söyləmindən sonra Abdullah, "biz (ABŞ və Səudiyyə Ərəbistanı) Küveyt və İraqda birgə qan tökdük və Səudiyyə Ərəbistanı buna çox yüksək qiymət verir", - deyib. Dostluğun əmək istədiyini bildirən Abdulla, 70 ildir, üç nəsildir buna nail olduqlarını deyir.
 
Əməkdaşlığı ilə öyünən kral, "tövsiyə verməyə, rəhbərlik etməyə və lazım olan hər şeyi etməyə hazırıq. Bu bölgənin insanlarıyıq və buranı yaxşı tanıyırıq", - deyib. Obamanın müsəlman dünyası üçün "böyük bir ümid" olduğunu deyən kral, "Amerika və dünyanın belə bir prezidentə ehtiyacı var" söyləyir.
 
Məhbusların təqib edilməsi üçün kralın "onlarla bağlı məlumatları saxlayan və mövqelərini təqib edən elektron çip taxaq, atlara belə bir şey tətbiq edilir" deməsindən sonra Brennan, "yaxşı ki, atların vəkilləri yoxdur" deyərək, zarafat edir.
 
İranı ABŞ-a şikayət edən Abdullah, İranın region ölkələrdə Hizbullaha oxşar strukturlar yaratmaq istədiyini və etibarsız olduğunu deyib.
 
Malikiyə inanmadığını deyən Abdullah, İraq işğalı ilə İraqın İrana gümüş qabda təslim edildiyini, Malikinin isə "İran agenti" olduğunu söyləyib.
"HORMON DƏRMANLARI VURDURUR, HƏDSİZ VİAQRADAN  İSTİFADƏ EDİR"
 
Başqa bir sənəddə isə Fraker kral ailəsinə tibbi müşavirlik edən qərbli həkimin kralın dörd həyat yoldaşından birinə müayinə edərkən, Kral Klinikasının səhvən ona Kral Abdullahın tibbi qeydlərini verdiyini bildirir. Həkim Kralın 1916-cı il təvəllüdlü olduğunu, daim hormon vurulduğunu və hədsiz dərəcədə viaqradan istifadə etdiyini deyir.

Google+ WhatsApp ok.ru