ABŞ ilk müsəlman qubernatorunu seçə bilər

ABŞ ilk müsəlman qubernatorunu seçə bilər

ABŞ-ın Miçiqan ştatında 32 yaşlı doktor və xalq sağlamlığı fəalı Əbdülrəhman Məhəmməd Əl-Sayed ölkənin ilk müsəlman qubernatoru olmaq üçün namizədliyini açıqlayıb.
 
Misirli mühacir bir ailənin övladı olan Əl-Sayed 1985-ci ildə Qratiot Kountidə doğulub.
 
Detroit bələdiyyə sədri Mayk Duqqanın rəhbərliyi altında Sağlamlıq və Səhhətə Dəstək İdarəsinin direktorluğu vəzifəsinə 2015-ci ilin sentyabrında gətirilən Sayed, Miçiqan qubernatorluğuna namizədliyi ilə bağlı belə danışıb: "Müsəlman olsam da, olmasam da Miçiqan ştatına ən yaxşı qubernator olacağıma inandığım üçün namizəd oldum. İnancım mənim üçün çox mühümdür, çünki bir çox amerikalı və miçiqanlı üçün də elədir".
 
Əbdülrəhman Məhəmməd Əl-Sayed bir dövlət işçisi kimi, İslam dəyərlərinin işinin mərkəzində olmasına baxmayaraq, birinci vəzifəsinin xalqa xidmət olduğunu vurğulayıb.
 
Sayed seçiləcəyi təqdirdə, sabiq ABŞ prezidenti Bill Klintonun 1978-ci ildə "ölkənin ən gənc qubernatoru" olduqdan sonra, ikinci ən gənc qubernator xüsusiyyəti ilə yanaşı, "ilk müsəlman qubernator" adını qazana biləcək. (deyerler) /

Google+ WhatsApp ok.ru